Çərşənbə axşamı , 7 Aprel 2026

autor

XİN: Azərbaycanın təcavüzə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinə zəmin yaradır

Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. “Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub”, – A.Hacızadə vurğulayıb. …

Read More »

Şabranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinənlər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Səxavət Həsənov və Şakir Şahbazov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və metadon, eləcə də …

Read More »

ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb. “Report”un yerli bürosu xəbər verir ki, ölkəmizin ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar …

Read More »

ABŞ-də baş verən atışmalarda azı 8 nəfər öldürülüb

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhəri ətrafında iki gün ərzində üç yerdə baş verən atışma nəticəsində azı səkkiz nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb. Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal olunur. “Bazar günündən bu günədək bir nəfər Çikaqonun ətrafında üç yerdə səkkiz nəfəri güllələyərək öldürüb və hələ …

Read More »

XİN: Borelin Azərbaycana qarşı əsassız iddialarını qətiyyətlə rədd edirik

22 yanvar 2024-cü il tarixində Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın …

Read More »

Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb. X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun …

Read More »

Kanadada oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib

Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib Boyukmillet.com-un Kanada mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli polis bildirib. Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib. York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış …

Read More »

Moldova və Ukrayna Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər

Moldova və Ukrayna Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər. Boyukmillet.com xəbər verir ki, Ukraynadan Ali Radanın vitse spikeri Olena Kondratyuk, Moldovadan isə parlamentin hakim partiyadan deputatı Vitaliy Jakot olacaq. Hər iki müşahidəçi beynəlxalq statuslu monitorinq səviyyəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə və monitorinq edəcəklər.

Read More »

Naxçıvanda seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb

Prezident seçkiləri ilə əlaqədar Naxçıvanda Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb. Boyukmillət.com xəbər verir ki, treninqlərə bu dəfə 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri cəlb olunub. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, …

Read More »

Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub. Boyukmillət.com xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb. O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib. Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.

Read More »