Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib. Nazirlik tərəfindən həmin şəxsin …
Read More »Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir …
Read More »Naxçıvanda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib. Boyukmillet.com xəbər verir ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüzlərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni …
Read More »Nikol Paşinyan: “Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir”
Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib. “Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, – o qeyd edib. N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə …
Read More »Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib
Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib. “Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə …
Read More »Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb
İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə …
Read More »Türkiyə XİN Azərbaycana başsağlığı verib
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik”, – başsağlığında bildirilib. Xatırladaq ki, bu gün 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə …
Read More »Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. …
Read More »Lənkəranda avtomobildən külli miqdarda narkotik aşkarlanıb, 3 nəfər həbs edilib
Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən “BMW” markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar