Olimpiya Oyunları ilə yanaşı, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların baş məşqçilərinə və məşqçilərinə də xüsusi təqaüdlər veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb. Əvvəlki …
Read More »Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynli Cavid Sabir oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Məlumata görə, Sumqayıt şəhər polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin …
Read More »Ombudsman 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün qətiyyətli addımlar atmağa çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ombudsmanın 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib. Sənəddə bildirilib ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 …
Read More »Nyu-Yorkda Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları nümayiş olunub
ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunub. “Report”un ABŞ bürosu xəbər verir ki, “Azərbaycan Xalça Ehtişamı: Antik Toxuculuqda Səfəvi Xəzinələri” adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı “Türk Evi”nin ev sahibliyi ilə baş tutub. Gecədə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli …
Read More »Xankəndidə silah-sursat tapılıb
Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bundan başqa, ölkə …
Read More »Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb
Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim …
Read More »Azərbaycan neftinin qiyməti 84 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,72 % artaraq 84,44 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Yanvarın 20-də Bakının bəzi yolları bağlanacaq – SİYAHI
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində vurğulanır. Qeyd olunur ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin …
Read More »ABŞ yaxın aylarda İranla aktiv diplomatiyanı bərpa etməyə ümid edir
“ABŞ yaxın aylarda və illərdə İranın nüvə proqramı ilə bağlı aktiv diplomatiyanı bərpa etməyə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib. Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Vaşinqtonun diqqətini İranın nüvə proqramı ilə bağlı fəaliyyətinə yönəltmək çox çətindir: “Ümid …
Read More »Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Quba Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ədalət Məmmədov saxlanılıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar