Rusiya Ermənistana silahlar göndərib. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, silahlar artıq Ermənistana çatdırılıb. Deputatın sözlərinə görə, hərbi təyinatlı məhsullar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib. Q.Melkonyan konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.
Read More »İraq İrandakı səfirini geri çağırıb
İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb. Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur. İraq Prezidenti …
Read More »Prezident İlham Əliyev Lənkəranda Ümummilli Liderin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »Azərbaycan iqtisadiyyatı 1 %-dən çox artıb
Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Boyukmillet.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 % artıb. ÜDM istehsalının 40,5 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i tikinti, 5,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i …
Read More »Gürcüstan səfirliyi mebel sexində baş vermiş partlayış səbəbi ilə Azərbaycan xalqına başsağlığı verib
Gürcüstanın Azərbaycandakı səfirliyi yanvarın 15-də Bakıda mebel sexində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib. “Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi son dərəcə kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda biz dost Azərbaycanın yanındayıq, …
Read More »İlham Əliyev Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Read More »Nazirlik: “Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”
Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur. Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, məsələ “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir: “Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”.
Read More »Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək
Bu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb. Qeyd edək ki, imzalanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı …
Read More »Gələn ay pensiyaların indeksləşdirilməsi 1,1 milyon şəxsə şamil ediləcək
Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar