Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən Sky News Arabia telekanalı məlumat yayıb. Belə ki, Qırmızı dənizdə husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib. Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail …
Read More »Norveç Ukraynaya birbaşa silah və müdafiə məhsullarının satışına icazə verib
Norveç hökuməti ölkə şirkətlərinə yanvarın 1-dən Ukraynaya birbaşa silah və müdafiə məhsulları ixrac etməyə icazə verib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan bəyanatda deyilir. Norveçin Ukraynaya dəstəyi 4 istiqamət üzrə həyata keçirilir: öz ehtiyatlarından vəsaitin ayrılması, beynəlxalq əməkdaşlıq mexanizmləri və fondlar vasitəsilə maliyyə təminatı, müdafiə sənayesindən yardım və Ukrayna hərbçilərinin hazırlanması. Artıq Norveç şirkətləri Kiyevə birbaşa …
Read More »Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Xatırladaq ki, …
Read More »Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Boyukmillet.com xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 49 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək …
Read More »Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin …
Read More »Azərbaycanın xaricdəki səfirliklərində seçki məntəqələri yaradılır – EKSKLÜZİV
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə seçki məntəqələri yaradılmaqdadır. Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və …
Read More »Prezident İlham Əliyev: Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir
Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan …
Read More »Bu gündən GUAM-a sədrlik Azərbaycana keçib
Bu gündən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Milli Əlaqələndiricilər Şurasının dekabrın 1-dəki iclasında qəbul edilib. İclasda, həmçinin Ukraynanın GUAM-da sədrliyinin yekunlarını və Azərbaycan sədrliyinin prioritetlərini nəzərdən keçirib. Qeyd edək ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad …
Read More »Azərbaycan Prezidenti kubalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar