Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət satınalmaları haqqında” yeni qanun bu gündən qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi …
Read More »Bu gündən buraxılış vəsiqəsi olmadan taksi ilə sərnişin daşıyanlar cərimələnəcək
Bu gündən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən …
Read More »Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair FHN-in əhaliyə təkrar müraciət edib
Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir.
Read More »Britaniya səfiri Azərbaycan dilində Yeni il təbriki ünvanlayıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Yeni il münasibətilə Azərbaycan dilində videomüraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib. Səfir bu il Azərbaycanla Britaniya arasında ortaq maraqlar üzrə əməkdaşlığın artıdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan- Ermənistan münasibətlərinə toxunub. “Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verib və qarşıdan gələn …
Read More »Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb. Xatırladaq ki, MSK dekabrın …
Read More »YAP-ın növbədənkənar prezident seçkilərində məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzvü olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib. Xatırladaq …
Read More »İstanbulda unudulmaz qış
İstanbul qışda başqa cür gözəl olur. Qış mövsümündə şəhərin köklü tarixi, məşhur memarlıq inciləri, zəngin qastronomiyası, mədəniyyəti, alış-veriş təklifləri və heyrətamiz Bosfor boğazı cəbediciliyi ilə fərqlənir. TNS xatırladır ki, “Travel + Leisure” jurnalının “2024-cü ildə səyahət etmək üçün ən yaxşı 50 yer” siyahısında İstanbul da var. Tarixi şəhər hər bir ziyarətçi üçün müxtəlif xüsusi təcrübələr təqdim edir. Tarixi kəşflər Şərqi …
Read More »Ədliyyə Nazirliyində 2023-ci ilin yekunları müzakirə olunub
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, nazir 2023-cü ilin Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli” ilə əlamətdar olduğunu, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər və qələbələr qazanıldığını, …
Read More »Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri qeyd edilib. #Azərbaycan pic.twitter.com/brj432KlH2— İlham Əliyev (@azpresident) December 30, 2023
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar