Çərşənbə axşamı , 7 Aprel 2026

autor

DİN: “Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”

Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. O qeyd edib ki, Azərbaycanda ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir və seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür. “İnzibati …

Read More »

MSK sədri siyasi partiyalara çağırış edib

MSK sədri Məzahir Pənahov siyasi partiyalara çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, biz seçkilərdə onların iştirakına sevinə bilərik: “Müraciət edirəm ki, kim arzusundadırsa, iştirak etsin. Onlara bərabər şərait yaradılacaq”.

Read More »

Prezident: “Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur”

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə ünvanladığı məktubda əksini tapıb. “Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz …

Read More »

Azərbaycan Prezidenti Roma Papasına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri, İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında …

Read More »

Cevdet Yılmaz: “Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcək”

“Bir millət, iki dövlət” şüarı və şəhidlərimizin fədakarlıqları ilə daha da möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı əbədiyyən var olmağa davam edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə yazdığı ürək sözlərində qeyd edib. O, vitse-prezident kimi Azərbaycana ilk səfərində şəhidləri ziyarət etməkdən şərəf duyduğunu qeyd edib. “Vətən övladlarının 105 il əvvəl qardaş Azərbaycanı öz …

Read More »

MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə dəvət göndərib. Boyukmillet.com-un xəbərinə görə, bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Read More »

AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi dəstəklənib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib. Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin …

Read More »

Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası-Video

Jurnalist Məhəmmədəli Qəribli etdiyi videoçıxışda Təhsil Nazirliyinin paytaxtın 4 rayonunda həyata keçirdiyi pilot layihənin necə özünü doğrultmadığından ətraflı danışıb. Həmin çıxışda bildirilir ki, paytaxtın: Nəsimi, Səbail, Nərimanov, Nizami rayonlarındakı uşaq baxçalarını əhatə edən layihənin başlıca məqsədi uşaqları gün ərzində 3 dəfə isti yeməklə təmin etmək olub. Ancaq yalnız sözdə əməl olunan layihənin uğursuzluğu sözügedən rayonlardakı baxçaları yenidən öz daxillərində yemək …

Read More »

“Media savadlılığı” platformasının təqdimatı olub

Bakıda “Media savadlılığı” platformasının təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, təqdimat “Media savadlılığı” konfransı proqramı çərçivəsində baş tutub. Medianın İnkişafı Agentliyinin “Media dəstək layihələri və strateji planlaşdırma” şöbəsinin müdiri Ləman İsgəndərova təqdimat zamanı deyib ki, veb-sayt platforması 5 bölmə və 10 altbölmədən ibarətdir. Onun sözlərinə görə, hər bir istifadəçi saytdakı testləri edərək öz media savadlılığını yoxlaya bilər. L.İsgəndərova əlavə edib …

Read More »