Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyənin ticarət naziri Azərbaycana səfərə gəlir

Türkiyənin ticarət naziri Omər Bolat bu gün Azərbaycana səfərə gəlir. Boyukmillet.com-un məlumatına görə, iki günlük səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə ediləcək. Ö.Bolatın Azərbaycanda rəsmi şəxslərlə görüşü gözlənilir.

Read More »

KİV: Avropa İttifaqı müharibə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların tam başa çatmasından və sülh sazişinin imzalanmasından sonra belə Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS” Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb. “Biz bilməliyik ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra sanksiyalar ləğv edilməyəcək. Sanksiyaların ləğvi atəşkəs sazişinin bir hissəsinə və ya gec-tez münaqişəyə son qoyacaq …

Read More »

Qırğızıstan bayrağına dəyişiklik edilib

Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış …

Read More »

Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq. Boyukmillet.com-un məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq. Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək. Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci …

Read More »

Pirotexniki vasitə satan şəxs cərimələnib

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, həmin ṣəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş …

Read More »

Türkiyə və İraq Fars körfəzindən nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsini müzakirə ediblər

Türkiyə və İraq Ankarada keçirilən görüşdə Bəsrə şəhərindən Türkiyə sərhədinə qədər nəqliyyat dəhlizinin sürətlə həyata keçirilməsi üçün atılan addımları müzakirə ediblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraq baş nazirinin müavini Fuad Hüseynin başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Tərəflər vurğulayıblar ki, regional təhlükəsizlik, sabitlik və …

Read More »

ABŞ İran PUA-larına görə şirkətlərə və əcnəbilərə qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentləri İranın pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan bir sıra ölkələrin hüquqi və fiziki şəxslərinə qarşı sanksiya tətbiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xarici Aktivlərə Nəzarət İdarəsi dekabrın 19-da İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşən 10 hüquqi şəxs və 4 fiziki şəxsə qarşı …

Read More »

Hikmət Hacıyev: Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacarıb

“Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib. “Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan …

Read More »

Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək

Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası gələn il Ankarada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. C.Yılmaz qeyd edib ki, Ankarada iş dünyası bir araya gələcək: “”Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada iş dünyamızı bir araya gətirəcəyik. Dəqiq tarix bəlli deyil, lakin fevral ayının ikinci yarısında baş tuta …

Read More »

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək: “Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.

Read More »