Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Konqresin Nümayəndələr Palatasının keçmiş sədri seçkidə Trampı dəstəkləyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti 2024-cü il seçkilərində eks-prezident Donald Trampı dəstəkləmək niyyətində olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Makkarti Fox News-a müsahibəsində deyib. “İşdə olsam da, olmasam da kömək edəcəm. İstəyirəm ki, ölkə uğurlu olsun. Mən keçmiş prezidentə daim deyirəm ki, söhbət ölkəmizin yeniləşməsindən, yenidən qurulmasından, bərpasından gedir”,- deyə o bildirib.

Read More »

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb. Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və …

Read More »

Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks …

Read More »

Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatıb

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb. Boyukmillet.com-un xəbərinə görə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb. Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Dekabrın 16-da isə Böyük …

Read More »

Zahid Oruc rəsmən MSK-ya müraciət edib

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib. Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün …

Read More »

Naxçıvanda Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. “Report”un yerli bürosu xəbər verir ki, xəbərdarlıqda deyilir: “Hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50 …

Read More »

FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və …

Read More »

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib. Bu barədə  Azərbaycan Cüdo Federasiyasından bildirilib. Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Read More »

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib. “Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, – o deyib. R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.

Read More »