Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığıda deyilir: Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, …
Read More »MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident sekçilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”.
Read More »Mingəçevirdə xeyli silah-sursat aşkarlanıb
Mingəçevirdə 2-si avtomat olmaqla xeyli sayda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək …
Read More »Sahibə Qafarova ICESCO-nun Baş direktoru ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Sahibə Qafarova, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində …
Read More »QHT Agentliyində növbəti TENDER saxtakarlığı
Son 1 ayda artıq QHT Agentliyinin bir neçə tenderi ilə bağlı dəqiq faktlarla saxtakarlıqları ifşa olunur.Təkcə Özbəkistan QHT-lərinin Azərbaycana səfər etməsi ilə bağlı baş verən maliyyə pozuntusuna Hesablama Palatasının və Maliyyə Nəzarət Xidmətinin susqun qalması başqa mətləblərdən xəbər verir. Bu gün isə növbəti bir saxtakarlığı təqdim edirik: Artıq 2023-cü ilin bitməsinə sayılı günlər qalır. QHT Agentliyi isə ötən aydan böyük …
Read More »İranda hərbi təyyarə qəzaya uğrayıb
İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu bardə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib. Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. F.Keşavərz deyib ki, hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb.
Read More »Xırdalanda narkotik satan şəxsdən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib
Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili işlər Nazilriyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı …
Read More »İsrail səfiri: “Öldürülən HƏMAS yaraqlılarının sayı ilə bağlı dəqiq məlumat yoxdur”
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi bildirib ki, HƏMAS hərəkatının ölən yaraqlılarının sayı ilə bağlı İsraildə dəqiq məlumat yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Səfir vurğulayıb ki, HƏMAS-ın ölənlərlə bağlı məlumatlarına böyük şübhə ilə yanaşmaq lazımdır: “Bununla bağlı heç kəsdə dəqiq məlumat yoxdur. Qəzza zolağından gələn yeganə məlumatı oradan Səhiyyə Nazirliyi verir və o, tamamilə HƏMAS-ın …
Read More »Evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub
Qubada evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki C.Məmmədov tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə …
Read More »Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb. O, bu barədə “Report”a açıqlamasında məlumat verib. Z.Oruc yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib. Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar