“Diridoğulma meyarları”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin kollegiyasının sədri, səhiyyə naziri Teymur Musayev qərar imzalayıb. Dəyişikliyə əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələri doğum haqqında məlumatı dərhal Səhiyyə Nazirliyinin yox, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron-informasiya bazasına ötürəcək.
Read More »TƏBİB-də yeni kadr təyinatı olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub. Boyukmillet.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Elnur Hidayətoğlu gətirilib. Qeyd edək ki, o, bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri olub. Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovadır.
Read More »Hindistanda vətəndaşları Azərbaycanda işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib
Hindistanda vətəndaşları Azərbaycan və digər ölkələrdə işədüzəltmə adıyla aldadan qruplaşma üzvləri həbs edilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, Hindistan Polisinin Cinayət İdarəsi Qərbi Benqalda tutulan, xarici ölkələrə saxta işədüzəltmə qurumu adıyla fəaliyyət göstərən dəstənin təşkilatçısı da daxil olmaqla, bir neçə nəfəri həbs edib və ölkənin müxtəlif ştatlarından olan insanların 482 pasportunu geri qaytarıb. Qeyd edilir ki, həbs …
Read More »Azərbaycanın Xalq rəssamı İtaliyanın ali mükafatına layiq görülüb
Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub. Boyukmillet.com xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfirliyində ordenin sənətkara təqdimatı mərasimi keçirilib. “Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, – İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri …
Read More »Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə neokolonializmlə bağlı beynəlxalq konfrans başlayır
Bu gün İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayacaq. Boyukmillet.com xəbər verir ki, konfrans üçün 14 dekabr tarixinin seçilməsi təsadüfi hal deyil. Belə ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə 1514 (XV) saylı qətnamə üzrə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməni …
Read More »Xalq artisti Ramiz Məlik vəfat edib
Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, R.Məlik 80 yaşında dünyasını dəyişib. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram …
Read More »Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundov ailələrinə qovuşublar
Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov ailələrinə qovuşublar. Boyukmillet.com-un xəbərinə görə, H.Axundov və A.Bəbirov müvafiq tibbi müayinədən sonra artıq evlərindədir. Qeyd edək ki, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq …
Read More »Təxribatların qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi olduqca vacibdir – RƏY
Regional strategiyanı müəyyən edən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın bölgədəki xarici siyasət kursu, yeni dünya düzəni və bir çox vacib məsələlərlə bağlı mühüm mesajlar verdi. Dövlətimizin başçısının bu mesajları ölkəmizin konkret mövqeyi baxımından növbəti qətiyyət nümayişi idi. Forumdan bir gün sonra isə ölkəmizdə növbədənkənar prezident seçkisi elan edildi. Bu seçki …
Read More »Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib
2003-cü il dekabrın 12-də müasir müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq dövlət başçısı İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli”ndə xalqımız dahi şəxsiyyətin misilsiz xidmətlərini minnətdarlıqla qeyd edir. Boyukmillet.com xəbər verir ki, Ümummilli Liderin əbədiyyətə qovuşmasının ildönümündə Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər …
Read More »Lənkəran sahibkarlarının qaz təchizatı problemləri dinlənildi
“Açıq mikrofon” aksiyası iki ildən çoxdur ki, paytaxtla yanaşı, bütün regionları da əhatə edir. Aksiya çərçivəsində həm sakinlərlə, həm də sahibkarlıq subyektləri ilə görüşərək qaz təchizatı ilə bağlı problemlərin həllinə yardımçı oluruq. Bu gün də “Səyyar qəbul otağı” sizin ixtiyarınızdadır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Lənkəran şəhərində sahibkarlarla keçirilən görüş zamanı Regional İdarəsinin rəisi bildirib. Daha sonra sahibkarlar mikrofon …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar