Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İtaliya səfiri: “Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki, vizada onlara qarşı mülayim olsunlar” – EKSKLÜZİV

İtaliyanın Bakıdakı səfiri Klaudio Taffuri əməkdaşlarına vizaya görə müraciət edən Azərbaycan vətəndaşlarına qarşı maksimum mülayim olmağı tapşırıb. Bu barədə “Report”un sualına cavab olaraq K.Taffuri bildirib. “Mən şəxsən səfir olaraq əməkdaşlarımıza bildirmişəm ki, azərbaycanlılar bizim dostlarımızdır, biz dost xalqıq və tapşırıq vermişəm ki, viza məsələsində azərbaycanlılara qarşı maksimum diqqətli, mülayim olsunlar, viza imkanları onlar üçün rahat olsun”, – o söyləyib. Diplomat qeyd edib ki, noyabr ayında …

Read More »

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib. Bu barədə  Diasporla İş üzrə Dövlət Komittəsindən məlumat verilib. Bildirilib ki, içərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, …

Read More »

Qarabağ Dirçəliş Fondunun vəsaitini idarə etmək üçün qaydalar hazırlanacaq

“Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin saxlanılması və idarə edilməsi haqqında” Qaydalar hazırlanacaq. Boyukmillet.com bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Qaydaların gələn ilin I yarısının sonuna qədər hazır olması nəzərdə tutulur. Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad …

Read More »

Azərbaycanda qızılcaya yoluxma halları artır – RƏSMİ

“Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd …

Read More »

Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 4 106 partlamamış sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 1-dən 30-dək olan müddətdə 247 tank əleyhinə mina, 228 piyada əleyhinə mina, 4 106 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 7 143 hektar ərazi minadan təmizlənib.

Read More »

Nərgiz Absalamova həbs olundu

“Abzas Media”nın əməkdaşı, ötən gün saxlanılan Nərgiz Absalamova həbs olunub. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər

Read More »

Acı sonluq- 38 imza haqqı olan jurnalistlərə qalib gəldi…

Çox şükür ki, bu məsələyə birdəfəlik nöqtə qoyuldu. Artıq bizim gözümüz almağa haqq etdiyimiz evdən çəkildi, kimlərinsə jurnalist evi ilə manipulyasiya edə bilmək şansı əlindən çıxdı. Ev almaq haqqını itirməmək üçün illərlə az əmək haqqına qane olub, redaksiyalardakı işlərini tərk etməyən jurnalistlərin daha bir ümidi puç oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi …

Read More »

Samir Şərifov: “Büdcə layihələrinin olduğu kimi saxlanılmasını vacib sayırıq”

2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin olduğu kimi saxlanılması vacib hesab edilir. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib. Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərcləri 36 763 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895 …

Read More »

Azərbaycan auditdə rəqəmsallaşmanı genişləndirmək üçün Pakistanın təcrübəsindən istifadə edəcək

Azərbaycan iqtisadiyyatında şəffaflığı artırmaq, qeyri-dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, auditdə rəqəmsallaşmanı geniş tətbiq etmək üçün Pakistanın təcrübəsindən istifadə ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov palata ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib. “Hər iki qurum arasındakı əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək …

Read More »

Səməd Seyidov Romada AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında iştirak edəcək. Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitənin işində iştirak etmək üçün dekabrın 2-də İtaliyanın Roma şəhərinə səfər edəcək. Səfər dekabrın 7-də başa çatacaq.

Read More »