Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İlham Əliyev: “Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”

“Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd edib. Bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 …

Read More »

Xankəndidə Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat …

Read More »

Çatalhöyük Məlumat və Ziyarətçi Mərkəzi – FOTO

Türkiyənin mərkəzində yerləşən Çatalhöyük məşhur Neolit ​​qazıntı sahəsi ziyarətçilərini zamanda səyahət etməyə və tarixi yaşayış məntəqəsini kəşf etməyə dəvət edir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Çatalhöyük ərazisi 9000 ildən çox yaşı olan cəmiyyətə nəzər salır. Artefaktlar, çiy kərpicdən tikilmiş evlər və məbədlər ilk köçkünlərin həyatı, inancları və sosial inkişafı haqqında ətraflı məlumat verir. Çatalhöyükün yaşı, mədəni və ictimai strukturunun …

Read More »

“ŞKTC-də sahibkarlıq, yaradıcılıq və biznes bacarıqları ilə uğurlu iş adamlarımız var”

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin TatarTatar Silifke Ticarət və Sənaye Palatasının təşkil etdiyi 4-cü Liderlik Akademiyası və İdarəetmə Konqresinin açılışında iştirak edib. Bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin Prezident Administrasiyasından verilən məlumatda bildirilir. Prezident Ersin Tatar ŞKTC-də sahibkarlıq, yaradıcılıq və işgüzarlıq bacarıqları ilə uğurlu iş adamlarının olduğunu vurğulayıb. Prezident Tatar konqresdəki açılış nitqində deyib ki, o, iş adamlarını, sahibkarları, …

Read More »

Azərbaycan neftinin qiyməti 84 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,86 % azalaraq 84,07 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,19 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Blinkenlə Paşinyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

ABŞ-nin dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Tərəflər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üzrə səyləri müzakirə ediblər. Dövlət katibi bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərini dəstəkləyir. A.Blinken, həmçinin Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bəyan edib. O, Ermənistanla ABŞ arasında …

Read More »

Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” konfransı keçirilir

Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi ikinci mötəbər tədbirdə dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpus …

Read More »

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib. O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib. Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın …

Read More »

Zakir Həsənov Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən ölkələrə xəbərdarlıq edib

“Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı: “Xüsusilə bölgədəki terrorizm …

Read More »

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-ın girov götürdüyü şəxslərin fotoları yerləşdirilib

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-İsrail müharibəsi nəticəsində girov götürülən israillilərin fotolarını yerləşdirib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky “X” hesabında yazıb. “Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır”, – diplomat bildirib. Qeyd edək ki, …

Read More »