Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb. Tədbirdə həmçinin Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin …
Read More »Azərbaycan nefti 82 dollara qədər ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,81 ABŞ dolları, yaxud 4,44 % azalaraq 82 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 77,52 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …
Read More »Mehriban Əliyeva 17 noyabr – Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr – Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir:
Read More »Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bi gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Boyukmillet.com xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı – red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. …
Read More »Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunu qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, sənəd Türkiyənin dövlət mətbu orqanı “Resmi gazete”də dərc olunub. Xatırladaq ki, qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi. Qeyd edək ki, qanunda işğal altındakı torpaqlarının azad olunması uğrunda …
Read More »Musəvi: İranla Azərbaycan arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Bakının Tehrana etimadının göstəricisidir
Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və İranın ərazisi vasitəsilə Azərbaycan ərazisinə birləşdirilməsi Bakının Tehrana olan etimadının göstəricisidir. Boyukmillet.com İslam Respublikası Xəbər Agentliyinə (IRNA) istinadən xəbər verir ki, bu barədə cümə axşamı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəsinin Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəmlə görüşdə deyib. “Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə …
Read More »Hikmət Hacıyev: Azərbaycanın gündəliyində Ermənistanla münasibətlərin normallaşması var
Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. “Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl …
Read More »Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçilib
Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb. “Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.
Read More »Spiker: “Ermənistan sülh sazişini imzalamaq əvəzinə beynəlxalq platformalarda çirkin kampaniya aparır”
Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə deyib. Görüşdə spiker S.Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın …
Read More »Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq. Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar