Bazar ertəsi , 25 Sentyabr 2023

Avropa Birliyi PKK-çı deputatların həbsinə görə Ankarada fövqəladə iclas keçirəcək

Türkiyədə PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 10-dan çox millət vəkilinin həbs olunmasının ardından Avropa Birliyi ölkələri hərəkətə keçib.

Modern.az saytının Türkiyə KİV-nə istinadla xəbər verir ki, Avropa İttifaqı ölkələrinin Türkiyədəki səfirləri Ankarada fövqəladə toplantı keçirəcək.

Bu haqda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.

O, millət vəkillərinin həbsindən dərin narahatlıq keçirdiklərini deyib.

Xatırladaq ki, prokurorluq HDP həmsədri Səlahəddin Dəmirtaşın ifadəsini alıb və onun həbsi barədə məhkəməyə məktub ünvanlayıb. 

Qeyd edək ki, həbslərdən sonra Diyarbəkir vilayətində terror aktı törədilib. PKK-nın terroru nəticəsində 8 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir