Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Boyukmillet.com-un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi portuqaliyalı Migel Kastilyu olacaq.
Qrupun digər oyununda Gürcüstan Bosniya və Herseqovina yığması ilə münasibətlərininə aydınlıq gətirəcək. İki debütant arasındakı qarşılaşmadan qonşu ölkə komandası qalib ayrılsa, 1/4 finala vəsiqə şansları baxımından, Azərbaycan millisinin İspaniyaya uduzmaması belə, yetərli olmaya bilər.
İlk turda Joze Alesionun komandası Gürcüstana 2:3 hesabı ilə uduzub. Pireneylilər isə Bosniya və Herseqovinanı darmadağın edib – 5:1.
Avropa çempionatı
D qrupu, II tur
26 yanvar
23:30. İspaniya – Azərbaycan
Baş hakim: Migel Kastilyu (Portuqaliya)
Qroningen. “Martini Plaza”.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Həmin gün həm də İspaniya ilə Gürcüstan yığmaları üz-üzə gələcək.