Bazar , 19 May 2024
Drone Cameras

“Ay Ruslan müəllim, necə olur ki, 3000 manat alan kimi qaz yanır?!” – ETİRAZ

“Bura Sulutəpə qəsəbəsindəki yeni yaşayış massivində vətəndaş Röyal Dünyamalıyevin evidir”. DİA.AZ bildirir ki, bunu öz səhifəsində ictimai fəal, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli paylaşaraq bir sıradan vətəndaşın üzləşdiyi problemə diqqətləri yönəltməyə çalışıb. İSBAM sədri eyni zamanda bu problemi yaradan “Azəriqaz” rəhbərliyinə də ittihamlarını yönəldib.

İSBAM sədri çağırışına belə davam edir: “Küçədə 119 evin hər birinə qaz xətti çəkilib.
Təkcə bu evi Azəriqaz qaralayib ki , bəs neftin ərazisidir. Olmaz ki olmaz!
Amma Röyala Azəriqazin dəllallari rəm atıblar ki, 3000 manat versən qazını yandıra bilərsən.

Hörmətli baş direktor RuslanƏliyev !
-Necə olur ki, bütün küçə neftin ərazisi olmur, bu yetimin iki tikə torpağını SOCAR torpağı sayirsiz?!
– Necə olur ki, 3000 alan kimi qaz yanır?!
Necə olub vətəndaş bu ərazidə torpaq ala bilib, özünə ev tikə bilib?!
Vətəndaşlar ölənə kimi ancaq rüşvət verib, qapılarda yalvar – yaxışlami ömürlərini başa vurmalıdır?!
Bu sualları başqa kimə unvanlayaq???
Axı Röyal da Qarabağın sevincini isti evində doya -doya yaşamaq istəyir”.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …