Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ayxan Abbasov “Qarabağ”la oyun haqqında: “Nə etsək də, o qol sayılmayacaqdı”

“Meydançada iki top olduğundan, nə etsək də, o qol sayılmayacaqdı”.

Bunu “Report”a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XIX tur matçının 59-cu dəqiqəsində sərbəst zərbə zamanı vurduqları qolun hesaba alınmaması ilə bağlı danışarkən deyib.

Görüşdə hesab 1:2 olarkən “Qarabağ”ın müdafiəçisinin geriyə ötürməsi zamanı qapıçı topa əllə müdaxilə etdiyi üçün baş hakim Fərid Hacıyev sərbəst zərbə təyin edib. Tovuz komandasında dərhal Natan Oduvadan ötürmə alan Runi Eva toru silkələsə də, referi zərbənin təkrarlanmasını tələb edib.

Buna görə, hakimə sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə alan Ayxan Abbasov epizodun təkrarına baxdıqlarını bildirib: “Sayılmayan qol epizodunda meydançada ikinci top var idi. Amma hakimin qolumuzu hesaba almamasının səbəbi bu deyildi. Həmin vaxt ikinci topu nə biz, nə də hakim görmüşdü. Referi fitdən sonra sərbəst zərbənin başlamasını istədi. Mənim etirazım buna idi”.

42 yaşlı məşqçi qarşılaşmadakı hakim idarəçiliyini də dəyərləndirib: “Hakimlər eyni epizoda görə bir oyunda mübarizəni davam etdirir, növbəti matçda penalti təyin edirlər. Bu tip qərarlar narazılığa yol açır. Əksəriyyəti gənclərdir. “Qarabağ”la oyunda yüksək templi mübarizə gedirdi. Hakim kiçik foullar zamanı oyunu dayandırdıqda temp aşağı düşürdü. Əsasən buna etiraz edirdik”.

Qeyd edək ki, “Turan Tovuz” hazırda 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …