Drone Cameras

Azərbaycan bankirləri Türkiyəyə 100 minə yaxın ağac tingi göndərəcək

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.

Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək olmağa hazır olduğu qeyd edilib.

Bank icması ABA ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşının 5 ədəd ağac tinginin verməsinə dair yekdilliklə qərar qəbul edib.

“Report” xatırladır ki, Azərbaycanda təxminən 19 min bank işçisi var. Bu da o deməkdir ki, bankirlər Türkiyəyə 95 min ağac tingi göndərəcək.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …