Cümə , 20 Mart 2026
Drone Cameras

Azərbaycan Çindən 6 mln. manatlıq qaz sayğacı idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3,557 mln. ABŞ dolları (6,048 mln. manat) dəyərində 75 095 ədəd qaz sayğacı idxal edib.

Boyukmillet.com -Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sayğacların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azalıb.

Qeyd edək ki, sayğacların 96,6%-i Çindən gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan Çindən 3,397 mln. dollar (5,774 mln. manat) dəyərində 72 560 vahid qaz sayğacı idxal edib.

Check Also

ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlanıb

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min …