Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycan idmançılarının mart ayı üçün reytinq cədvəli bəlli olub

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin martın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …