Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Azərbaycan lideri: “Azğınlaşmış, harınlaşmış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü”

“Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulsiyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf, ləyaqətini tapdalamağa çalışırdı, azğınlaşmış, harınlaşmış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü”, – Prezident vurğulayıb.

Check Also

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra …