Cümə , 17 Aprel 2026
Drone Cameras

Azərbaycan lideri: Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır

Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

“Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”, – deyə dövlətimizin başçısı qeyd edib.

Check Also

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb. Parlamentdən  verilən məlumata görə, gündəliyə 8 məsələ …