Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini kəskin artırdı

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2533,4 milyon manat icra edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Qeyd olunub ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2477,3 milyon manat proqnoza qarşı 102,3 faiz və ya 56,1 milyon manat çox icra edilərək illik proqnozun 55,2 faizini təşkil edib.

Check Also

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz …