Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” layihəsinin tamamlanmasına dair saziş imzalamağı planlaşdırır

Azərbaycan, Rusiya və İran “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası saziş hazırlayır.

Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov jurnalistlərə bildirib.

“Nəqliyyat nazirlikləri iki hökumətlərarası saziş hazırlayır: bunlar İran-Rusiya və üçtərəfli Azərbaycan-Rusiya-İran sazişidir”, – Pavlov MDB İqtisadi Şurasının kuluarlarında deyib.

Məlumata görə, sənədin 2023-cü ildə imzalanması planlaşdırılır.

Check Also

AZAL Bakıdan Rusiyaya mühüm marşrutu bərpa etdi – 1 il 8 aylıq fasilə başa çatdı

Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında hava əlaqəsi uzun fasilədən sonra yenidən bərpa olunub. Boyukmillet.com …