Cümə , 19 Aprel 2024
Drone Cameras

Azərbaycan tibbi maska idxalının gömrük rüsumundan azad olunmasını daha 6 il uzadıb

Azərbaycanda tibbi maska istehsalı üçün idxal olunan xammal 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumdan azad edilir.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə görə, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 3 fərqli formalı hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallarıın idxalı gömrük rüsumundan azadolma müddəti 2030-cu ilin dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, eyni kateqoriyalı məhsullar üçün idxal rüsumundan azadolma ikinci dəfədir artırılıb. Belə ki, sonuncu dəfə Nazirlər Kabineti 2022-ci ilin noyabrın 5-də bu müddəti 2024-cü ilin dekabrın 31-dək artırıb.

Check Also

Qarabağ və Şərqi Zəngəzurun potensialı hesabına partlayıcı maddələrinin istehsalı 2 dəfə artırılacaq

Azərbaycanda ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda fəaliyyətin ilkin mərhələsində illik 14 min ton ANFO və H-ANFO …