Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan və Macarıstan aviareyslərin sayının artırılmasını müzakirə edib

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iki ölkə arasında aviareyslərin sayının artırılması müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə iclasdan sonra keçirilən brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Onun sözlərinə görə, iclasda Macarıstanın aviadaşıycılarının iştirakı ilə yeni istiqamətlərdə uçuşların təşkil edilməsi, eləcə də iki ölkə arasında karqo daşımalarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Check Also

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” …