Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ – FOTO 

Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət ediblər. 

Boyukmillet.com xəbər verir ki, bu barədə F. Şahbazlı özünün “Facebook” hesabında məlumat verib. 

Məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib:  

“Daşkənddəyik. Özbəkistanın ən böyük və tanınmış media qruplarından olan Daryo.uz-u ziyarət etdik. Görüşdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlığın perspektivlərini müzakirə etdik. Özbək həmkarlarımıza Azərbaycanda həyata keçirilən media islahatları haqqında məlumat verdik və Bakıya səfərə dəvət etdik”. 

UNEC ilə Milli QHT Forumu arasında əməkdaşlıq memorandumu imzalanıb

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …