Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycana qarşı hərbi cinayətlər törədən ermənilər barədə həbs qərarı verildi

Nəsimi Rayon Məhkəməsində Azərbaycanda müharibə cinayətləri və terrorçuluq əməlləri törətmiş ermənilər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb.

Boyukmillet.com xəbər verir ki, hakim Ramin Xəlilov və hakim Elməddin Hüseynovun sədrlik etdiyi iclaslarda təqdimatlar təmin edilib və qiyabi qərar çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə başlanmış cinayət işi üzrə Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan təqsirləndirilirlər.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …