Cümə , 17 May 2024
Drone Cameras

İraqda bayram günlərində terror aktı planlaşdıran ekstremist həbs edildi

İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran ekstremist həbs olunub.

Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən “Al Sumaria” bildirib.

“Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub”, – agentliyin açıqlamasında deyilir.

Şübhəli şəxslər etiraf ediblər ki, onlar Milad və Yeni il zamanı Bağdadda vəziyyətin sabitliyini pozmaq barədə təlimat alıblar.

Check Also

Slovakiya DİN: Ölkə vətəndaş müharibəsinin astanasındadır

Slovakiya vətəndaş müharibəsinin astanasındadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Slovakiya KİV ölkənin Daxili İşlər …