Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib

Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb.

Qeyd edək ki, din xadimlərinin attestasiyası Azərbaycanda ilk dəfə bu il martın 4-6-da həyata keçirilib və 64 din xadiminin iştirakı nəzərdə tutulub. Lakin onlardan 3 nəfəri tələb olunan sənədləri Dövlət Komitəsinə təqdim etməyib. Sənəd vermiş 61 nəfərdən 2-si müəyyən səbəblərdən attestasiyada iştirak edə bilməyib.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …