Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 335 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 213, bu günə qədər isə ümumilikdə 3 728 712 test icra olunub.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …