Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında qolf turniri keçirilib

Bakıda 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında qolf turniri keçirilib.

Boyukmillet.com xəbər verir ki, turnirdə bir neçə səfirlik və diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Təxminən 2 saat davam edən gərgin mübarizənin qalibi Azərbaycan təmsilçiləri Fuad Musayev və Elman Rzayevdən ibarət komanda olub.

İkinci yeri Qırmızı Xaç Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Kasares Qrasiya İqnasio tutubsa, üçüncü yerin sahibi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Peter Fisincer və Tofiq Əfəndizadədən ibarət komanda olub.

Yarışdan sonra təşkil olunan mərasimdə qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və federasiyanın vitse-prezidenti Anar Əzimov təqdim ediblər.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …