Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycanda iki yeni DATA mərkəzi istifadəyə veriləcək

Azərbaycanda iki yeni data mərkəzinin istifadəyə verilməsi istiqamətində layihələndirmə işləri aparılır.

Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

“Bu, Azərbaycanın bulud xidmətləri sahəsində imkanlarını genişləndirəcək. Artıq 100-dən çox dövlət qurumu “Hökumət Buludu”na inteqeasiya edilib. Hazırda bulud xidmətləri Bakı və Yevlaxda yerləşən iki data mərkəinzdən idarə edilir. Məhz bu xidmətlərin genişləndirilməsi məqsədi ilə iki yeni data mərkəz yaradılır. Artıq bunun üçün beynəlxalq tərəfdaş da cəlb etmişik”, – deyə o qeyd edib.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …