Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycanda sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

Boyukmillet.com  xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib.

“İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların “bir pəncərə” prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq”, – deyə E.Məmmədov qeyd edib.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …