Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycanın Gürcüstanla sərhədyanı ərazilərində radio monitorinq keçirilib

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radio monitorinqlər keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, radio monitorinqlər 18 – 19 iyulda Gürcüstan, 20 – 21 iyulda isə Azərbaycan ərazisində aparılıb.

Həmçinin radio monitorinqlərin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və radiotezlik kanallarının koordinasiyası üzrə 22 – 23 iyulda Gəncə şəhərində mütəxəssislər arasında müzakirələr aparılıb.

Müzakirələrin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, o cümlədən bu sahədə yeni rəqəmsal texnologiyaların tətbiqi üçün radiotezliklərin tənzimlənməsi üzrə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

Görüşdə nazirliklə yanaşı, Dövlət Radiotezliklər İdarəsinin və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri də iştirak ediblər.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …