Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə başlayıb

Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq.

Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər.

Ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Onlardan dördü Rusiyada yerləşir: ikisi Moskvada, biri Sankt-Peterburqda, biri isə Yekaterinburqda.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …