Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Məzahir Pənahov seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan etdi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.

“Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik”, – sədr bildirib.

MSK sədri qeyd edib ki, fevralın 9-da isə qeyri-rəsmi nəticələri elan edəcəklər:

“Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik”.

Check Also

Parlament 12 məsələnin müzakirəsi üçün toplaşacaq

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında – oktyabrın 27-də 12 məsələ müzakirə ediləcək. Boyukmillet.com xəbər verir …