Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın xilasediciləri: “Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik”

“Bu gün Kahramanmaraşda 2 nəfəri dağıntılar altından sağ çıxartdığımıza görə çox sevinirik”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deyiblər.

“Biz ilk gündən buradayıq. Səhər saatlarından axtarış-xilasetmə əməliyyatlarına başladıq. Məlumat var idi ki, dağıntılar altında onların səsləri gəlirdi. Sonda həmin şəxsləri sağ-salamat çıxartdıq. Çox xoşbəxtik”, – Azərbaycanın xilasediciləri vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …