Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycanlı xeyriyyəçi, iş adamı Füzuli Məhəmmədovun doğum günüdür

Bu gün Azərbaycan əsilli iş adamı Füzuli Məmmədovun doğum günüdür.
Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Vikipediya məlumatlarında yazılır ki, o, 1983-cü ildə Naxçıvandan Rusiyaya köçüb. Burada iş həyatına başlayan F.Məmmədov, 1989-cu ildən “İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.

Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir.

Füzuli Məmmədov, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporunun əsasını təşkil edib və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspor təşkilatı yaranıb. 2005-ci ildə onun tərəfindən “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaradılıb, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

Hazırda Rusiya Azərbaycanlıları İttifaqına rəhbərlik edir.

Samir Adıgözəlli və “Böyük Millət ” Xəbər Portalının kollektivi hörmətli iş adamını, xeyriyyəçi soydaşımızı doğum günü münasibətilə təbrik edir.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …