Bazar , 19 May 2024
Drone Cameras

Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan 114 nəfər məsuliyyətə cəlb olunub

Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …