Cümə , 22 Noyabr 2024
Drone Cameras

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalına layiq görülüb

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin (AYB ) “Şərəf” medalına layiq görülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC-a AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu məlumat verib.

Sabir Şahtaxtının Avrasiya Yazarlar Birliyi ilə bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Yaqub Öməroğlu deyib ki, yazıçının son beş ildə Türkiyədə nəşr olunan doqquz əsərindən beşi AYB tərəfindən çap edilib. Hazırda Avrasiya Yazarlar Birliyi Sabir Şahtaxtının “Mil” və böyük Qarabağ Zəfərini tərənnüm edən “Duman çəkiləndə” romanlarını nəşrə hazırlayır.

Y. Öməroğlu bildirib: “İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Birliyimizin ali mükafatını məhz bu gün elan etmək həm də yazıçının peşəkar jurnalist fəaliyyətinə, eləcə də AZƏRTAC-ın bütün kollektivinə olan ehtiramımızdan irəli gəlir”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …