Bazar , 10 Dekabr 2023

“Azəravtoyol” “Uğur” Milli Mükafatına layiq görüldü

Azəravtoyol” ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

İnterpress.az xəbər verir ki, cəmiyyət 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırdığına, ümumilikdə 200 km-ə yaxın magistral avtomobil yollarını 1-ci texniki dərəcəyə uyğun yenidən qurduğuna, 600 km-dən artıq 30 kənd, qəsəbə və rayonlararası yolları təmir və bərpa etməklə 220 kənd və qəsəbədə, həmçinin 13 rayon mərkəzində yaşayan 1 mln-a yaxın vətəndaşın rahat və təhlükəsiz hərəkətini təmin etdiyinə, yolların yenidən qurulması ilə sərnişin və yük daşımasının artımına, ən əsası isə həmin ərazilərdə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxardığına görə bu mükafata layiq görülüb.

İnterpress.az

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir