Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Azərbaycan Milli QHT Forumunun IX Qurultayı keçirilib

Dekabrın 23-də Bakıda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun doqquzuncu qurultayı öz işinə başlayıb.
 
Boyukmillet.com QHT.az-a istinadən  xəbər verir ki, qurultay iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
 
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Milli QHT Forumunun qurultayını Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev aparıb. Forumun prezidenti Rauf Zeyni açılış nitqi ilə çıxış edib. Ölkəmizdəki QHT-lərin fəaliyyəti, həyata keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib.
 
Daha sonra Forumun 4 illik hesabatı təqdim edilib, qurumun fəaliyyəti qənaətbəxş hesab edilib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir