Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

“Azərbaycanın müstəqillik salnaməsi” layihəsinin təqdimat mərasimi keçirilib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın müstəqillik salnaməsi” mövzusunda Belarusiyada ictimai tədbirlərin təşkili  layihəsinin təqdimat mərasimi keçirilib

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Təqdimat mərasimini giriş sözü ilə açan BDM sədrinin birinci müavini Samir Adıgözəlli layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək müstəqillik tariximizin Belarusiya ictimaiyyətinə və eyni zamanda beynəlxalq ictimaiyyətə təfsilatı ilə çatdırılmasının vacibliyin vurğulayıb. O, çıxışında BDM tərəfindən dünyanın müxtəlif ölkələrində hər il müstəqillik gününün qeyd edildiyini bildirərək, bu ilin oktyabr ayında isə Belarusiyanın Qrodno və Baranoviç şəhərlərində yubiley tədbirlərinin keçiriləcəyini nəzərə çatdırıb. O, bildirib ki, layihə çərçivəsində “İşğal və terrora qarşı regional əməkdaşlıq” beynəlxalq konfransın keçirilməsi, “Can Azərbaycan” adlı kiçik konsert proqramının təşkili, “Azərbaycanın müstəqillik salnaməsi” adlı fotosərginin nümayiş olunması, “Azərbaycanın müstəqillik salnaməsi” adlı sənədli filmin (rus dilində) hazırlanması, rus dilində bukletlərin hazırlanması, Azərbaycanı tərənnüm edən müxtəlif  hədiyyəlik əşyaların hazırlanması nəzərdə tutulub. Daha sonra BDM sədri İsmayıl Ağayev dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu əhəmiyyətli tarixi hadisənin Belarusiya ictimaiyyətinə çatdırılması istiqamətində keçiriləcək tədbirlərin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən prof. Ənvər Əhməd, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, Regionda Stabillik və Demokratiya Naminə İB-nin sədri Telman Qasımov, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, QHT rəhbərləri Almaz Zeynalova, İradə Polad, Hacı Əlikram, Arif Məhərrəmov, Aydınxan Əbilov, BDM sədrinin müşaviri İbrahim Axundov, Saxalin diasporunun nümayəndəsi Adil Əliyev və başqaları öz çıxışlarında BDM-in həyata keçirəcəyi layihənin əhəmiyyətindən danışaraq, bu kimi layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə yardımının artırılmasının vacibliyini vurğulayıblar. Tədbirdə Şuranın dəstəyi ilə BDM tərəfindən hazırlanmış “Azərbaycanın müstəqillik salnaməsi” adlı sənədli film nümayiş olunub.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir