Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs “Dövlətə Xidmət Ordeni” ilə təltif olunub.
“Report” xəbər verir ki, təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumu Vilayətində həyata keçirilən aqrar islahatların və aqro sənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli dövlətə xidmət ordeninə layiq görülüb.
Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə, Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli dövlətə xidmət ordeni ilə təltif edilsin.
Qeyd edək ki ,1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sumı vilayətində aqrosənaye kompleksi yaradıb. O, Ukrayna Beynəlxalq Reytinq Akademiyasının Ali Şurasının qərarına əsasən 2010-cu idə Sumı Vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə “nüfuzlu aqrar işçisi-ilin adamı” nominasiyasına layiq görülüb. Ə.Salmanov 5-ci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.
Əfqan Salmanov 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.
Check Also
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …