Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Azərbaycan taekvandoçusu Milad Beigi Harçeqani Qran-pri turnirinə qələbə ilə başlayıb [YENİLƏNİB]

Millimizin üzvü Roman Samodurov ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb.

X X X

11:15

Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq.

X X X

10:50

Dekabrın 9-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək turnirin ilk günündə Azərbaycan yığma komandasının iki üzvü mübarizəyə qoşulacaq. “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin (80 kq) ilk mərhələdə – səkkizdəbir finalda rəqibi avstraliyalı Hayder Şkara olacaq.

Millimizin gənc üzvü Roman Samodurov (58 kq) isə çəkisində reytinq cədvəlində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.

Yarışın ikinci günündə millimizin heyətində Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayev (80 kq-dan yuxarı) mükafatlar uğrunda yarışacaqlar.

Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Turnirdə 47 ölkədən 128 taekvandoçu qüvvəsini sınayır. Onların arasında “Rio-2016”nın və bir sıra turnirlərin medalçıları da yer alır. Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

 

AZƏRTAC

Check Also

Putin: “Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır”

Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir