Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azərbaycanda xəstəxana partladı: 1 ölü, 7 yaralı, 26 uşaq…

Güney Azərbaycanın Qoşaçay şəhərinin Fatimeyi-Zəhra xəstəxanasında partlayış baş verib.

hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yanğınsöndürmə Xidmətinin rəisi Yadigar Ləndənian hadisənin süni tənəffüs cihazında yaranmış qısaqapanmadan baş verdiyini deyib.

 

Uşaqlar bölümü partlayışın baş verdiyi yerə yaxın olduğu üçün 26 uşaq Abbasi xəstəxanasına köçürülüb.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindəki xəstəxanalar və tibbi avadanlıqlar uzun illərdir yenilənmədiyi üçün vaxtaşırı müxtəlif bədbəxt hadisələr baş verir.

Boyukmillet.com

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir