Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb.
keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.
Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda, atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək Respublika baytarlıq labaratoriyasına göndərilib.
Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
