Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycanlı alim MOSSAD-a çalışdığını etiraf etdi – Edam ediləcək

İran dövlət televiziyası İsrailin xeyrinə casusluq fəaliyyəti həyata keçirən azərbaycanlı alim Əhməd Rza Cəlalinin müsahibəsini yayımlayıb.
 
Boyukmillet.com axar.az-a istinadən xəbər verir ki, müsahibədə Cəlali İsrail kəşfiyyatına İranın nüvənin zənginləşdirilməsi istiqamətində çalışan alimləri haqqında hansı məlumatları ötürdüyünü açıqlayıb. O, Avropa ölkələrindən birində təhsil alan zaman Tomas adlı şəxs tərəfindən təsir dairəsinə salındığını söyləyib. Cəlaliyə İsrail kəşfiyyatına çalışmaq qarşılığında siyasi sığınacaq və mükafat vədi verilib.
 
İran Müdafiə Nazirliyinin Əkskəşfiyyat İdarəsi tərəfindən hazırlanan proqramda Cəlalinin 2010-cu ildə öldürülən İran fizikləri Məsud Əli Məhəmmədi və Məcid Şəhriyari haqqında necə informasiya toplaması əks olunub. Proqramda Cəlalinin MOSSAD xəfiyyələri ilə 50 dəfə görüşdüyü və hər görüşdə 2000 avro aldığı bildirilib.
 
Edam qüvvədə qaldı
 
İran Ali Məhkəməsi artıq Cəlaliyə qarşı edam cəzasını qüvvədə saxlayıb. Tehran Prokurorluğu onun MOSSAD-a çalışdığını, eləcə də Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurduğunu etiraf etdiyini bəyan edib. İsveç və İran vətəndaşlığına malik olan Cəlali sonradan yaydığı açıqlamada ona bu etirafların azadlığa buraxılmaq qarşılığında zorla etdirildiyini bildirib.
 
Müəmmalı qətllər
 
Cəlali 2016-cı ilin aprelində Tehrana səfəri zamanı həbs edilib. Həbsinə səbəb casusluq fəaliyyəti və Allahı tanımamaq olub. O, həbs edildikdən bir müddət sonra İran alimlərinin qətlində ittiham edilib. İran tərəfinin iddiasına görə, Cəlalinin İranı tərk etməzdən öncə Müdafiə Nazirliyində çalışması MOSSAD-ın diqqətini cəlb edib və bundan sonra o təsir dairəsinə salınıb.
 
2012-ci ildə alimlərin qətli məsələsi ucbatından Məcid Camal Paşa edam edilib. Onun edamından sonra İran televiziyası Paşanın alimlərə MOSSAD-la birgə Təl-Əvivdə necə sui-qəsd hazırlaması barədə etiraflarını yayımlamışdı.
 
2010-2012-ci illər ərzində İranın uranın zənginləşdirilməsi sahəsində çalışan 4 alimi qətlə yetirilib. İran bu qətllərdə ABŞ və İsraili ittiham edib. Qətllərin hamısı İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dönəmində həyata keçirilib.
 
 
Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir